Sənəti ilə ucalan insan

Sənəti ilə ucalan insan

İyun, 2019-cu il.

Hayatımda unudulmaz anlar çox olub. Ümummilli Liderimiz Heydər Əliyevla görüşdüyüm günü isa həmişə xatırlayıram. Ona bağışladığım sədəfli tar indi Fransanın Luvr muzeyində saxlanılır. Bundan böyük xoşbəxtlik nə ola bilər ki?

Əsrlər boyu yaradıcı insanlar tarixdə maraqlı izlər qoyub. Çünki hər bir sənətkar yaratdığı sənət əsərində yaşayır və zaman keçdikcə tarixə çevilir. Haqqında söhbət açmaq istədiyimiz Balabəy Balabəyov məhz belə sanatkarlarımızdandır.

Onun yaratdığı ecazkar sənət nümunələri öz gözəlliyi, zərifliyi və takrarsızlığı ilə seçilir. Maraq və heyrət doğuran bu qızıl əllərin sahibi hayatda özü çox sada, təvazökar insan olsa da onun sənətkarlğının böyüklüyü qarşısında söz demeyə belə çətinlik çəkirsən. Böyük səbr və ustalıqla düzəltdiyi naxışlı fiqurlar, sədəfli bəzədiyi dahi şəxsiyyətlərin portretləri, milli sənətlərimizi əks etdirən rəsm əsərləri, musiqi alətləri üzərində qiymətli daş-qaşlardan yaratdıgı ayrı-ayrı süjetlər sanki insanı sehirləyir. Gözlərini bir an da olsun belə bu incə naxışlardan, bəzəkli ornamentlərdən ayıra bilmirsən. Düşün ki, "İnsan ali möcüzələr yaradır" deyənlar doğurdan da fikirlərində yanılmayıblar.

Balabəy Balabəyov 1966-ci ildə Bakının Balaxanı qəsəbəsində sənatkar ailəsində dünyaya göz açıb. Atası Mirzəbəy müəllim qəsəbədəki 204 sayli orta məktabdə əmək təlimini tədris etməklə bərabər həm də dülgərliklə məşğul olaraq, öz halal əməyi ilə ailəsini dolandırıb. Hələ uşaq yaşlarından zəhmətə alışan Balabəy sənətin sirrlərini, incəliklərini məhz atasından öyrənib. Lakin incəsənətə olan marağı onu başqa bir sahəyə yönəldir.

O, 1984-cü ildən etibarən musiqi alətlərinin hazırlanması, təmiri və onların bədii tərtibatı ilə məşğul olur. Nə az nə çox düz 35 ildən artıqdır ki, böyük zəhmət va səbr tələb edən bu sənətdə təcrübə toplayan Balabəy usta öz sənətinin vurğunudur.

Ağacdan hazırladığı musiqi alətlərinin texniki tələblərinə bələd olması, onlar zovqlə, qiymətli metal, daş-qaşlarla və sədəfə tuta bilmə bacarıgı onu həmkarlarından fərqləndirən əsas cəhətdir. O, talehini bu sənətə bağladığı üçün həyatda özünü xoşbəxt hesab edir. "Atam da usta olub, sədəf düzməyi isə özüm öyrənmişəm. Yaratdığım musiqi alətləri Almaniya, Türkiyə, Danimarka, İsveçrə, İran, Hindistan və başqa ölkələrə gedib çıxıb." Balabəy ustanın heç bir rassamlıq tahsilinin olmamasına baxmayaraq, qızıl, gümüş kimi metallar, ağ və gara brilliant, yaqut kimi qiymətli təbii daşlar və müxtəlif rəngli sədəflə işləyərək, ağac materiallarının fakturasında müxtəlif süjetli kompozisiyalar yaradır.

Təsvir olunan süjetlərdə əsas yükü öz üzərində dastan sədəf, usta üçün tək bir bəzək ünsürü deyil. Ən maraqlı cəhət ondadır ki, usta, onun rəng çalarlarından boyakar rəssam kimi yararlanıb, mürəkkəb rəng keçidləri ilə ağac üzərində peşəkar səviyyədə mənzərələr, insan və heyvan sürətləri yaradıb. Usta Balabəyin dediyinə görə ayrı-ayrı ölkələrdən gətirilən sədəflərin hər birinin özünəməxsus rəngi var. Əsasən İspaniya, Çin, Hindistan kimi təbii xammal mərkəzlərindən gətirilən sədəfin qırmızı, sarı, çəhrayı, yaşıl, mavi, bənövşəyi, gəhvəyi, ağ və qara tonlarda olması, mürəkkəb və lirik süjetli təsvirlərin yaradılmasında ahəngdarlığa imkan yaradır.

Onu da qeyd edək ki, Balabəy usta musiqi alatlərinin bədii tərtibatında Azərbaycanda qədimdən məlum olan o dövrün ustalarının müraciət etdikləri çoxsaylı texniki üsullarla bərabər xatəmkarliq üslubundan da geniş istifadə edir. Bu sənətin ən çətin və maraqlı sahələrindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir. Xatəmkarlıq üsulu bir növ memarlıqdakı xırda rəngli daşlar va keramika ile bəzək yaradıcılığını təşkil edən mozaika texnikasını xatırladır.

Azarbaycanda əsrlər boyu yaradılan musiqi alatlərində tətbiq edilən bu texnologiya alətlərin estetik baxımdan, daha görkəmli olmasında, eyni zamanda məşhur musiqiçilərə məxsus olan alətlərin seçilməsində heç də az əhəmiyyət daşımayıb.

Azarbaycanın qədim sənəti olan xatəmkarlıq üsulu müasir zamanda da öz əhəmiyyətini itirməyərək, ayrı-ayrı bölgələrin xalq sənətkarları tərəfindən tətbiq olunur.

Xatəmkarlığın bədii-texniki imkanlarının musiqi alətlərində təzahürü, bədii ağacoyma sənətində istifadə olunan an uğurlu və uzunömürlü texniki vasitələrdən biri hesab edilir.

Müasir dövrdə məhz bu texnika ilə mütəmadi çalışan, fərdi üslubunun mürəkkəbliyi ilə fərqlənən Balabəy Balabəyov milli musiqi alatlərini əsl sənat əsəri kimi yüksək zirvələrə ucaldan sənətkarlarımızdan biri hesab etmək olar.

Balabəy Balabəyovun sənətinin şöhrəti Azərbaycanın sərhədlərini çoxdan aşıb. Onun yaratdığı bənzərsiz sənət nümunələri bir çox dünya muzeylərində nümayiş olunub. O 1999-cu ilda tamamladığı sədəfli saza görə 2000-ci ildə Bakıda keçirilən "Xalq yaradıcılıq" müsabiqəsinin xüsusi diplomuna layiq görulüb. Haqqında söhbət açdığımız bu sazın çanaq hissəsində "Kitabi-Dədə-Qorqud" boylarından epizodlar təsvir olunub. Bir basqa təsvirdə isə Qıpçaq Məliyin ordusuna qarşə təkbaşına vuruşan Qaraca Çobanın mübarizəsi əks olunub. Çoban uca dağ başında ətrafında daş-kəsəyin tükənməsindən qoyun-keçilərlə düşməni əzərək onları qovmağa müvəffəq olur. Qəmli Burla xatunun tanəya bilmədiyi nişanlisi Beyrəkla görüşünü əks etdirən əahnə işi lirik ahval-ruhiyyədə işlənmişdir.

Sənətkarın xatəmkarlıq texnikasında möhtəşəm bədii tərtibat verdiyi digər simli musiqi aləti olan tari 2005-ci ildə ərsəyə gətirib. Tarın üzərində müxtəlif rəngli sədəflə yanaşı qızıl, gümüş ağ və qara rəngli brilliant və yaqutdan da istifadə olunub. Təbii ki, bununla da sənətkar xatəmkarlığın rəngarənglik baxımından daha zəngin imkanlar va yüksək peşəkarlıqla nümayiş etdirməvə nail olmuşdur.

Tarın üzərində klassik Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sindən süjetlər tasvir olunub. Musiqi alətində (doqquzu çanaq, biri qol hissəsində olmaqla) əks olunan epizodlar həm bədii, həm də işlənmə texnikasına görə Balabəy ustanın sənətkarlıq istedadının və yaşatdığı sənətin incəliklərinə dərindən bələd olduğunu göstərir. Çanaq hissəsində "Kərpickəsən kişinin dastanı", "Leyli və Məcnunun səhrada görüşü", "Ənuşirəvan şah və bayquşların söhbəti", "Xosrov va Şirin" və başqa maraqlı süjetlər təsvir edilmişdir. Bu əl işində Orta Əsr Şərq miniatürlərinə xas olan dəst-xətt ağac üzərində sanki yenidən canlanıb.

"Xosrov və Şirin" poemasından Balabəy usta, tarın sağ yanının üzərində iki epizodu canlandırıb. "Şirin çimərkən Xosrovun ona tamaşa etməsi" səhnəsi bu dəfə agac üzərində xatəmkarlıq texnikasında öz marağ bədii həllini tapmışdır. "Şirinin Bisütun dağına Fərhadən yanına getməsi" səhnəsində isə istedadlı sənətkar, poemadakı kiçik bir süjeti rassam təxəyyülü imkanları daxilinda reallaşdırıb. Burada əfsanovi qəhraman Fərhad əlindəki külüngünü başına qaldıraraq Bisütun dağının sıldırım qayalıqlarını çapır.

Balabəy usta üzərində işlədiyi hər bir alətin formasına uyğun olaraq sadə fiqurları va naxışları bir-biri ilə elə zövqlə uyğunlaşdırır ki, nəticədə sırf milli ornament sənətimiz üçün xarakterik kompozisiyalar ərsəyə gəlmiş olur. Musiqi alətləri üzərində yaratdıgı ayrı-ayrı süjetlərin ən maraqlı cəhəti insanların ifadə tərzi ilə bərabər, onların sənətə və sənət müxtəlifliyindən irəli gələn fərqli, xarici görkəmlərinin dəqiq təsvir edilməsidir.

Balabəy Balabəyov hansı mövzuya üz tutursa onun sənətinin böyüklüyü, özünəməxsusluğu, zərifliyi ilk baxışdan hiss olunur. Balabəy ustanın xatəmkarlıq texnikasının imkanlarından məharətlə yararlanması, milli naxış elementlərini şövqlə icra etməsi onun fərdi üsluba malik təkrarolunmaz sənətkar olmasını bir daha təsdiqləyir.

Bakının simvoluna çevrilmiş "Alov qüllələri" Balabəy ustanın əl işində də öz möhtəşəmliyini qoruyub saxlamişdir. "Qiz

Qalası" kompozisiyasi isə çox düzgün düşünülmüş fikrin məhsuludur. Bir masa üzərində qədimliyi ilə yaşı bilinməyən

"'Qız Qalası" və müasir Avropa oyunlarının loqotipini birləşdirən sənətkar kompozisiyanı tamamlamaq üçün ziyalılıq nişanəsi olan qələmdən istifadə etmişdir. Ən başlıcası odur ki, burada Balabəy usta müstəqil Azerbaycanən ən yeni tarixini öz dəst-xətti ilə yazan İlham Əliyevi özünəməxsus formada, imzası ilə göstərmişdir. Balabəy usta nadir sənəttkar olmaqla yanaşı eyni zamanda gözal ailə başçəsı, sadə, tavazökar, səmimi bir insandir. Yaratdığı bənzərsiz, sənət nümunələri ilə insanları bir anlıq da olsa bütün qayğılardan uzaqlaşdırıb, onlara xoş ovqat bəxş edir.

Balabəy Balabəyova hayatda uzun ömür, can saglığlı va yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© 2024 - Bütün hüquqlar qorunur.

Qızı Nərminə Balabəyli tərəfindən yaradılıb və idarə edilir

© 2024 - Bütün hüquqlar qorunur.

Qızı Nərminə Balabəyli tərəfindən yaradılıb və idarə edilir

© 2024 - Bütün hüquqlar qorunur.

Qızı Nərminə Balabəyli tərəfindən yaradılıb və idarə edilir